İranda polis tibb işçisini güllələdi

İranda polis tibb işçisini güllələdi<span class="qirmizi"></span>

İranda etirazlara qatılan tibb işçisi polis tərəfindən odlu silahla öldürülüb. İranın Amol şəhər xəstəxanasında çalışan Məhəmməd Fəllah adlı tibb personalı ötən həftə “Əxlaq” polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsinə qarşı keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Qeyd edək ki, 35 yaşlı Məhəmməd Fəllahın bir övladı var idi və xanımı da hamilədir.

Mənbə: azvision.az