İranda narazı qadınlar yenidən yaylıqlarını oda atdılar - VİDEO

İranda narazı qadınlar yenidən yaylıqlarını oda atdılar - VİDEO<span class="qirmizi"></span>

İranın Tehran şəhərində Məhsa Əmininin qətlinə və məcburi hicaba etiraz edən qadınlar şəhər küçələrində “Diktatora ölüm!” şüarı səsləndiriblər.

Etirazçı qadınlar örpəklərini oda ataraq yandırıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsilə tutularaq qətlə yetirməsi iddia edilir. Qətlə etiraz olaraq qadınlar örpəklərini yandırmışdılar.

Mənbə: www.oxu.az