Silsilə oğurluqlar edən 7 nəfər SAXLANILDI - VİDEO

Silsilə oğurluqlar edən 7 nəfər  SAXLANILDI - VİDEO<span class="qirmizi"></span>

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən bir neçə oğurluq hadisəsini törədən və nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Manset.az xəbər verir ki, tədbir zamanı əvvəlcə Səbail rayonunda avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov saxlanılıblar.

Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərzilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbal rayonunda dəyəri 2000 manat olan bir ədəd moped oğurladığı üçün saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər tutularaq isitntaqa təqdim edilib. Bu şəxslərin üzərindən narkotik vasitə heroin aşkar olunub.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Mənbə: manset.az