Buzovnada açıq ərazidə yanğın başlayıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyə məişət tullantılarının yanması barədə məlumat daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının mandatı uzadılıb - FOTO

SONRAKI XƏBƏR

Jerar Pike “Atletiko”ya keçə bilər