63 yaşlı əlil atasını döyüb öldürdü

63 yaşlı əlil atasını döyüb öldürdü<span class="qirmizi"></span>

Rusiyada, Murmanskda məhkəmə 34 yaşlı yerli sakinə qarşı 63 yaşlı əlil atanın qətli ilə bağlı işə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Qurumun məlumatına görə, sərxoş oğul iyulun 2-də təqaüdçünün başına və bədəninə 10 yumruq və təpik zərbəsi endirib, ona ağır xəsarətlər yetirib. Ata xəstəxanaya yerləşdirilsə də, o, xəstəxanada dünyasını dəyişib.

Müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ("Qəsdən sağlamlığa ağır zərər vurma") ilə iş açıblar. Kişi günahını tamamilə boynuna alıb və peşman olub. Onu 15 ilə qədər həbs gözləyir. Cinayətin motivi şəxsi düşmənçilik olub.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az