Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər

Məşhur erməni vəkili MTX yaxınlığında öldürmək istədilər<span class="qirmizi"></span>

Ermənistanda məşhur vəkil Qayane Papoyana hücum olub. AzVision.az xəbər verir ki, bu barədə hüquqşünas özü Facebookda məlumat yayıb. “Cəzasızlıq Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına da çatdı.
Bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında, nəzarət-buraxılış məntəqəsinin həyətyanı sahəsində bir nəfər kəsici-deşici alətlə mənə hücum etdi.

Bundan sonra qaçaraq Milli Təhlükəsizlik Xidmətinin qəbul otağına daxil oldum və MTX əməkdaşlarını köməyə çağırdım. Həmin vaxt hücum edən şəxs əlindəki alətlə ərazidə saxladığım avtomobilimə də ziyan vurub.

Polisə zəng etdim, bir müddət sonra polis və Kentron İstintaq İdarəsinin müstəntiqləri gəldi. Təxminən 2 saat sonra həmin şəxs tapılaraq saxlanılıb", - statusda yazılıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az