"Mənə oğlumun üç ayağını veriblər" - Erməni əsgər atası

Bu gün Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz, narazılıq, matəm ovqatında keçirilib. Müharibədə öldürülmüş hərbçilərin valideynləri dünən gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Valideynlərin bir qismi isə hakimiyyət əleyhinə müxtəlif qurumların qarşısında piket keçiriblər.

Narazı valideynlərdən birinin jurnalistlərə verdiyi açıqlama isə tragikomik faktları ortaya qoyub.

İtkin düşən əsgərlərin atası deyib ki, ona DNT analizləri əsasında cəsəd qalıqları veriblər ki, burada da yalnız üç ayaq olub.

- Şəxsən mənə oğlumun üç ayağını verdilər. Dedilər ki, bu da sənin övladının cəsəd qalıqlarıdır. - 44 günlük müharibədə itkin düşmüş hərbçinin valideyni aidiyyəti qurumların anormal fəaliyyətindən gileylənib.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Polşa öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib

SONRAKI XƏBƏR

Deputatlarımız Rumıniyada mühüm görüşlər keçiriblər