Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanılıb

Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanılıb<span class="qirmizi"></span>

Bakıda gözəllik salonundan cüzdan oğurlayan qadın saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az