Vəkil 4 banka 4,4 milyon "atdı"

Vəkil 4 banka 4,4 milyon "atdı"<span class="qirmizi"></span>

Rusiyada, Ufada məhkəmə keçmiş vəkil Aleksandr Voytsexi ümumilikdə 4,4 milyon rubl (77 min dollar) kreditləşmə sahəsində dələduzluqda ittiham edərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi Yevgeni Kanevski məlumat verib.

Voytsex xüsusilə böyük miqyasda dələduzluğa cəhddə təqsirli bilinib.

İstintaq və məhkəmə müəyyən edib ki, vəkil bir gündə Ufada 5 banka ümumilikdə 7,4 milyon rubl kredit üçün müraciət edib. O, real qazancından yüz dəfə artıq olduğu iddia edilən gəlirlə bağlı yalan məlumat verən arayış təqdim edib. Nəticədə Voytsex dörd bankdan ümumi məbləği 4,4 milyon rubl olan kreditlər alıb.

Vəkil iki dəfə hər banka aylıq ödəniş etsə də, sonra kreditləri ödəməyi dayandırıb. Məhkəmədə o, özünü təqsirli bilməyib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az