Lotereyada milyonlar uddu, narkotikə qurşandı

Lotereyada sərvət qazanan Coşua Uinslet işini tərk edərək narkotik aludəçisi olub.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Santexnik işləyən şəxs 2017-ci ildə 13,5 milyon funt-sterlinq məbləğində cek-potu udub, bundan sonra Cənubi Avstraliya və Yeni Zelandiyada mülklər alıb. Valideynlərinin onun maliyyəsini etimad fondu vasitəsilə idarə etməsinə baxmayaraq, Uinslet narkotik istifadə etməyə başlayıb və silahlara çox pul xərcləyib. Polis 2020-ci ildə onun Avstraliyadakı evinə basqın edərək, orada kokain və marixuana, həmçinin silah və sursat tapıb.

Bildirilib ki, axtarış zamanı ev dəhşətli vəziyyətdə olub: hər tərəf zibillə dolu olub. Məlum olub ki, Uinslet tez-tez narkomaniyadan əziyyət çəkən insanları öz evinə dəvət edib və şənliklər keçirib. Məhkəmə rəsmisi bildirib ki, kişi həyat üçün "motivasiyasını itirib" və özünün iddia etdiyi kimi, "hedonist həyat tərzinə" üstünlük verib.

Uinslet həbs olunub və narkotik ticarəti və lisenziyasız odlu silah saxlamaqda ittiham edilib. O, şərti olaraq azad olunma ehtimalı ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan cəza azaldılıb və həmin şəxs girov müqabilində iki il şərti cəza alıb.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Hər il hər kəsin pensiyası artacaq!” - Kamal Cəfərov

SONRAKI XƏBƏR

Çingiz Əhmədov bu kanalda işə başladı