Novxanıda hoteldəki yanğın söndürüldü - FOTO+YENİLƏNİB

Novxanıda hoteldəki yanğın söndürüldü - <span class="qirmizi">FOTO+YENİLƏNİB</span>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur. 

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, hotel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.

 











Mənbə: qafqazinfo.az