Yevlaxda iki maşın toqquşdu: Hərbi polis vəfat etdi

Yevlaxda iki minik maşını toqquşub, 28 yaşlı kişi dünyasını dəyişib.

Trend xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində 28 yaşlı Valeh Kərimli dünyasını dəyişib. Qəza zamanı 32 yaşlı Vidadi Nadirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya çatdırılıb. Dünyasını dəyişən Ağsu rayon sakini 28 yaşlı V.Kərimli Yevlax Hərbi polisinin əməkdaşıdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Quterreş: "Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur"

SONRAKI XƏBƏR

Rusların AI-yə birbaşa quru yolu bağlandı