Qobustanda ağır qəza: Ölənlər və yaralananlar var

Qobustanda ağır qəza: Ölənlər və yaralananlar var<span class="qirmizi"></span>

Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

APA xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Mənbə: www.oxu.az