Küçədə silahla hücuma məruz qalan MHP üzvü öldü - Video

İstanbulda silahlı hücuma məruz qalan MHP üzvü Ərkan Xəncər (Erkan Hançer) müalicə aldığı xəstəxanada həyatını itirib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Erkan Hançer ötən çərşənbə axşamı səhər saatlarında Sancaktepedə baş verən hadisədə bazardan çıxarkən silahlı hücuma məruz qalıb və müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Silahlı hücumun təhlükəsizlik kamerası görüntülərində Erkan Hançerin bazardan çıxaraq maşınına tərəf gedərkən orada gözləyən bir şəxsin əlindəki silahı çıxararaq atəş açdığı görünür. Yaxın məsafədən başına dəyən güllə nəticəsində vəziyyəti ağır olan Ərkan Xəncər bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

 

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

SONRAKI XƏBƏR

Taksi sürücülərinin diqqətinə - 50 manat cərimə oluna bilərsiniz - VİDEO