İrandakı aksiyalarda SEPAH və "Bəsic"in 32 əməkdaşı ÖLDÜRÜLÜB

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) bəyan edib ki, dünən Sistan-Bəllucistan əyalətinin mərkəzi Zahedan şəhərində keçirilən kütləvi etiraz aksiyası zamanı üç SEPAH əməkdaşı öldürülüb.Aktual.az xəbər verir ki, "Mehr” Agentliyinin məlumatına görə, insident zamanı öldürülən SEPAH-çılar Seyid Həmid Rza Haşimi, Məhəmməd Əmin Azər Şokr və Məhəmməd Əmin Arefi adlı təhlükəsizlik əməkdaşlarıdır.

İrandakı etirazlarda SEPAH və "Bəsic" (yarımhərbi könüllü polis təşkilatı) qüvvələrinin itkilərinin sayının 32 olduğu bildirilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Salman bazası şənbə günü verdiyi açıqlamada Zahedandakı insidenti pisləyərək, etirazçılara qətiyyətlə cavab verəcəyini bildirib.

Sistan və Bəlucistan valisi dünən gecəki hadisədə 19 nəfərin həyatını itirdiyini açıqlayıb.

Aktual.az

ƏVVƏLKİ XƏBƏR

İranın Təhlükəsizlik Nazirliyi aksiyalarla bağlı bəyanat yaydı

SONRAKI XƏBƏR

Ombudsman Füzuli və Tərtərdəki mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib