Qonşusunun arvadına görə dayanacaqda dava saldı

Qonşusunun arvadına görə dayanacaqda  dava saldı<span class="qirmizi"></span>

Sankt-Peterburqda 62 yaşlı kişi qonşusunu qoruyarkən dayanacaqda atəş açıb.

Milli.Az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-da Boqatırski prospektində yerləşən evin yaxınlığında naməlum şəxs 56 yaşlı qadının oturduğu avtomobili vurub, qadına qışqırıb və nalayiq ifadələr işlədib. Təqaüdçü qonşunun müdafiəsinə qalxmağa qərar verib. O, təcavüzkarı itələsə də, kişi təqaüdçünün üzünə vurub və bıçaqla hədələyib. Daha sonra yaşlı kişi travmatik tapançanı götürərək təcavüzkara atəş açıb. Təcavüzkar xəstəxanaya aparılıb.

İndi xırda xuliqanlığa görə təqaüdçü barəsində inzibati protokol tərtib edilib. Cinayət işinin başlanması məsələsi həll olunur.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az