Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib<span class="qirmizi"></span>

 

Yaponiyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Miyazaki prefekturasındakı təxminən 50 min nəfər əhalisi olan Niçinan şəhərindən 23 km cənubda yerləşib.

Mənbə 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Həmçinin, Sunami təhlükəsi elan edilməyib.

Mənbə: TASS

Mənbə: xeberal.az