Məktəb direktoru digər məktəbin şagirdini döydü – Kəlbəcər təhsilində ŞOK OLAY – VİDEO

Məktəb direktoru digər məktəbin şagirdini döydü –  Kəlbəcər təhsilində ŞOK OLAY – <span class="qirmizi">VİDEO</span>

Xəbəral.az xəbər verir ki, Goranboy rayonunda şok olay baş verib. Belə ki, Goranboy rayonu Veysli qəsəbəsində müvəqqəti yerləşən Kəlbəcər rayonu 65 saylı məktəbin direkroru Nəbiyev Rasim, Goranboy 2 saylı məktəbin şagirdi Qəribov Rəvanı ağır ifadələr işlədərək döyüb. 65 saylı Kəlbəcər rayon Direktoru Rasim Nəbiyevin şagirdləri döymə səbəbi , Goranboy 2 saylı məktəbin şagirdi Qəribov Rəvanla direktorun oğlunun sözlərinin çəpləşməsi olub.

Xatırladaq ki, Goranboy 2 saylı məktəbində müvəqqəti yerləşən digər Kəlbəcər məktəbin direktoru ilə Kəlbəcər rayon 65 saylı məktəbin direktoru doğma qardaşdır.

Nəzərinizə çatdıraq ki, döyülən şagird Qəribov Rəvan Xəbəral.az – a şikayət videosu göndərib.

Sözügedən Videonu sizlərə təqdim edirik:

 

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Mənbə: xeberal.az