“İan” ölkə tarixindəki ən dağıdıcı qasırğaya çevrilə bilər” - Bayden

“İan” ölkə tarixindəki ən dağıdıcı qasırğaya çevrilə bilər” - <span class="qirmizi">Bayden</span>

ABŞ prezidenti Co Bayden Florida ştatını vuran "İan" qasırğasının ölkə tarixindəki ən dağıdıcı qasırğalardan birinə çevrilə biləcəyini deyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bayden öz tvitter hesabında yazıb.
“Ürəyimiz bu fırtına nəticəsində həyatını itirən insanların yanındadır. Biz sizinləyik. Və nə qədər ehtiyacınız varsa, kömək edəcəyik.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Florida ştatını vuran “ İan” qasırğası iki milyon insanı işıqsız qoyub. Son məlumatlara görə, ən azı 42 nəfər qasırğanın qurbanı olub. Hadisə Floridada geniş miqyaslı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələrinin və hava limanlarının fəaliyyətini iflic edib.
 

Mənbə: www.yeniavaz.com