Kraliçanın dəfni zamanı xidmətdə olan əsgərin meyiti TAPILDI

Böyük Britaniyada Kraliça II Elizabetin tabutunun yanında vəzifəsini yerinə yetirən 18 yaşlı əsgərin cəsədi tapılıb.

Manset.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Hadisə sentyabrın 19-da baş verib - gənc oğlan dəfn mərasimini müşayiət edib. İki həftə sonra onun cəsədi Hayd Park kazarmasında tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin versiyasına görə, əsgərin ölümü cinayət xarakterli deyil.

Nəşrin məlumatına görə, gəncin ailəsi sosial şəbəkələrdə bir neçə paylaşım edib və oğullarının “Kraliçanı son səfərində müşayiət etmək üçün seçilməsindən” qürur duyduqlarını bildiriblər.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən daş kitabənin təqdimatı olacaq

SONRAKI XƏBƏR

Yarpaq dolması alimlərin “qara siyahı”sında