Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "report"a istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Allahverdizadə Kamran Sultan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.