Azərbaycanda məhkəmə sədrini sabiq icra başçısı öldürübmüş - İTTİHAM

Azərbaycanda məhkəmə sədrini sabiq icra başçısı öldürübmüş -  <span class="qirmizi"> İTTİHAM</span>

Qubadlı Rayon Məhkəməsinin sabiq sədri Hüseynov Sərdar Hüseynqulu oğlunun ölümündə təqsirləndirilən şəxs saxlanılıb.

Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev S. Hüseynovu və daha 4 nəfəri qətlə yetirməkdə ittiham edilir.

İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.

Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.

Mənbə: www.e-huquq.az