Qax sakini Bakıda çoxmərtəbəli binadan yıxılaraq ölüb

Qax sakini Bakıda çoxmərtəbəli binadan yıxılaraq ölüb <span class="qirmizi"></span>

Bakıda tikintidə işləyən Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Almalı kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Mübariz oğlu Allahverdiyev çoxmərtəbəli binadan yıxılaraq dünyasını dəyişib.
Qeyd edək ki, 29 yaşlı M.Allahverdiyev ailəli olub, 2 azyaşlı övladı var.

Mənbə: report.az