Yeddi rusiyalı gənc oğlan qadın qiyafəsində Türkiyəyə qaçmaq istədi

Yeddi rusiyalı gənc oğlan qadın qiyafəsində katerlə Rusiyanın Anapa şəhərindən Türkiyəyə qaçmağa çalışıb. Ancaq akvatoriyadan çıxışda onların olduğu qayıq sərhədçilər tərəfindən saxlanılıb.

Sənədləri yoxlayan zaman məlum olub ki, gənclər gəmi biletlərinə öz adları əvəzinə qadın və uşaqların məlumatlarını daxil ediblər. Onların hər biri kapitana bu iş üçün 60-100 min arası rubl ödəyib.

Qaçaqlar yenidən Anapaya qaytarılıblar. Gəmi kapitanına qarşı inzibati iş qaldırılıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ÜST-dən koronavirusla bağlı AÇIQLAMA

SONRAKI XƏBƏR

Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı