Uqandada Ebola epidemiyasından 29 nəfər ölüb

Uqandada Ebola epidemiyasından 29 nəfər ölüb<span class="qirmizi"></span>

Sentyabrın 20-də Uqandada elan edilən Ebola epidemiyasından ölənlərin sayı 29 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Uqandada indiyədək Ebola virusundan 29 nəfərin öldüyünü, təsdiqlənmiş və ehtimal olunan 63 yoluxma halının olduğunu bildirib.

ÜST rəhbəri bu günə qədər 10 tibb işçisinin virusa yoluxduğunu deyib. Qebreyesus 4 tibb işçisinin həyatını itirdiyini, 4 səhiyyə işçisinin isə sağaldığını və sağlıq durumunun nəzarət altında olduğunu bildirib.

Onun sözlərinə görə, Uqandadakı epidemiya üçün ÜST-ün fövqəladə hallar fondundan 2 milyon ABŞ dolları ayrılıb. Ölkəyə əlavə səhiyyə ekspertləri, tibbi ləvazimatlar göndərilib. ÜST Uqandanın Səhiyyə Nazirliyinə dəstək olmaq üçün tərəfdaşlarla çalışır.

Mənbə: report.az