Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda kişi naməlum şəraitdə  bıçaqlanıb<span class="qirmizi"></span>

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Paytaxt Sakini Allahqulu Əzimov axşam saatlarında qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, yaralı naməlum şəraitdə bıçaqlanıb.

Əməliyyat olunan Allahqulu Əzimovun həyati təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə bağlı aidiyyati üzrə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.

Mənbə: news.milli.az