Direktor: “İtkin düşmüş 4 min azərbaycanlının genetik profili yaradılıb”

“İtkin düşmüş 4 min vətəndaşımızın hər birinin 3 yaxınından genetik materiallar götürülüb. Artıq onların hər birinin genetik profili hazırdır”.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olinmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, aşkar edilmiş bütün sümük qalıqları xüsusi depolarda saxlanılır: “Prezidentin tapşırığına əsasən bütün itkin düşmüş şəxslərin axtarışı sonuncu tapılana qədər davam edəcək”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bayden mikrofonun açıq olduğunu unudub söyüş söydü - VİDEO

SONRAKI XƏBƏR

Duru yağların qiymətində kəskin bahalaşma - VİDEO