Mağazada quldurluq edən tutuldu - VİDEO

Mağazada quldurluq edən tutuldu - VİDEO<span class="qirmizi"></span>

Göyçay şəhəri ərazisində yerləşən mağazaların birində quldurluq hadisəsi baş verib. Maskalı şəxs obyektə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, kassada olan 500 manat pulu ələ keçirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib.O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq hərəkətləri davam etdirilir.

REAL

 

Mənbə: www.realtv.az