Şahmat oyunu qətllə bitdi

Şahmat oyunu qətllə bitdi<span class="qirmizi"></span>

Rusiyada, Krasnoyarsk diyarında 30 yaşlı rusiyalı kişi ikiqat qətlə görə 16 il sərt rejimli koloniyada keçirməklə cəza alıb.

Milli.Az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Yuliya Arbuzova məlumat verib.

Məhkəmənin müəyyən etdiyi kimi, 2021-ci il sentyabrın 12-də 34 yaşlı iki kişi Voljskaya küçəsində dostlarını ziyarət ediblər. Onlar dəhlizə çıxıb şahmat oynamaq qərarına gəliblər. Eyni evdə yaşayan məhkum və birgə yaşadığı qız intellektual oyun həvəskarlarına qoşulub. Oyun zamanı şahmatçının məhkumun partnyoruna maraq göstərməsi səbəbindən növbəti şahmat oyunu dava-dalaşla başa çatıb.

Mübahisə zəminində məhkum əvvəlcə birini, sonra isə o biri kişini bıçaqlayıb və hər ikisinə ölümcül xəsarətlər yetirib. Kişinin biri dəhlizdə, digəri isə daha sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Xuliqanlıq məqsədi ilə iki nəfəri öldürmə") ilə cinayət işi açılıb və insident araşdırılıb.

İrfan Vəliyev

Mənbə: news.milli.az