Qadın sevgilisi ilə danışan qızı ayaqqabı ilə döydü

Qadın sevgilisi ilə danışan qızı ayaqqabı ilə döydü<span class="qirmizi"></span>

Böyük Britaniyanın Şotlandiyanın Qlazqo şəhərindən olan Emi Henderson sevgilisi ilə yolda danışan qadını ayaqqabısı ilə döyüb.

Milli.Az bildirir ki, bu barədə "Glasgow Live" məlumat yayıb.

Hadisə İngiltərənin Liverpul şəhərində 28 yaşlı Henderson və sevgilisinin qaldığı otelin yaxınlığında baş verib. Qadının sevgilisi gecə saat ikidə bayıra çıxıb və orada 22 yaşlı Xloya Qoddardla tanış olub. Onunla danışıb və ondan telefon istəyib. Daha sonra onlara həmin an spirtli içki və narkotik sərxoşluğu vəziyyətində olan Henderson yaxınlaşıb. Qadın Qoddard üçün kişini qısqanıb və onu vurub. Qız otelin qapısına gedib, lakin Henderson onun yolunu kəsib, daha sonra ona hücum edib.

Henderson Qoddardı yerə yıxıb, ayaqqabısını əlinə alıb və dabanı ilə onun üzünə bir neçə dəfə zərbə endirib. Yoldan keçənlər davaya müdaxilə edərək qadınları ayıra bilib. Şotlandiyalı qadın hadisə yerindən qaçıb, lakin sonradan polis əməkdaşları tərəfindən təsadüfən aşkar edilib, daha sonra polis bölməsinə aparılıb.

Dindirilmə zamanı məlum olub ki, Henderson bir şüşə şərab içib və kokain qəbul edib. Qadın nə baş verdiyini xatırlamadığını iddia edib.

Dörd dəfə kəsilmiş-deşilmiş xəsarət alan Qoddard xəstəxanaya aparılıb. Henderson, real bədən xəsarətinə səbəb olan hücumda günahını etiraf edib. Məhkəmə onu 8 ay şərti cəza və 150 ​​saat ağır iş cəzasına məhkum edib. Qadın həmçinin zərərçəkənə 1000 funt sterlinq məbləğində təzminat ödəməlidir.

İrfan Vəliyev
 

Mənbə: news.milli.az