İspaniyada terrorizmin təbliği ilə məşğul olan 11 nəfər həbs edilib

İspaniyada terrorizmin təbliği ilə məşğul olan 11 nəfər həbs edilib<span class="qirmizi"></span>

İspaniya milli polisi terrorizmin təbliğatında və digər cinayətlərdə iştirakda şübhəli bilinən 11 nəfəri saxlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

Həbslər Melilla şəhərində və Qranadada həyata keçirilib.

Şübhəli şəxslərin İŞİD terror qruplaşmasının ideyalarını təbliğ etdikləri güman olunur.

Mənbə: report.az