İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb

İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb<span class="qirmizi"></span>

İtaliyanın hüquq-mühafizə orqanları Avropaya yüz milyonlarla avro dəyərində kokain keçirməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.

"Report" TASS-a istinadən xəbər verir ki, Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Məlumata görə, 300-ə yaxın polis “Ndrangheta” mafiyası ilə əlaqəli peşəkar cinayət sindikatının üzvlərinə qarşı reydlərdə iştirak edib. Bir neçə əyalətdə axtarışlar aparılıb, nəticədə 31 nəfər saxlanılıb, 7 milyon avro dəyərində sərvət müsadirə edilib.

İstintaq, həmçinin Cənubi Amerikadan Kalabriyaya iki ton ağırlığında kokainin çatdırılmasını təşkil edən cinayət başçılarını müəyyən etməyə imkan verib. Onlar da xüsusi əməliyyat zamanı saxlanılıblar.

Mənbə: report.az