Xaçmazda 54 yaşlı kişi sinəsindən bıçaqlanıb

Xaçmazda 54 yaşlı kişi sinəsindən bıçaqlanıb<span class="qirmizi"></span>

Xaçmaz rayonunun Yalama kəndində bıçaqlanma baş verib.

“Report”un Şimal bürosunun xəbərinə görə, 1968-ci il təvəllüdlü Tarıquliyev Bəxtiyar Tarıquli oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Döş qəfəsinin kəsilmiş-deşilmiş yarsı diaqnozu qoyulan yaralı əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az