Hindistanda yanan heykəl insanların üzərinə aşdı, çox sayda yaralı var - VİDEO

Hindistanda yanan heykəl insanların üzərinə aşdı, çox sayda yaralı var - VİDEO<span class="qirmizi"></span>

 

Hindistanda festival şənliyi zamanı yandırılan heykəl izdihamın üzərinə aşıb.

Nəticədə çox sayda insan yaralanıb.

Hadisə Hindistanın Yamuna Naqar şəhərində Ravan Dahan festivalı zamanı baş verib. Nəhəng heykəllərin yandırılması planlaşdırıldığı kimi alınmayıb. Heykəllərdən biri insanların üzərinə düşüb. Çaxnaşma yaşanıb. Yanan heykəl aşdıqdan sonra partlayışlar baş verib.

Çox sayda insan yaralanıb. Ölənlərin olmadığı bildirilir.

 

Mənbə: Haber Global

Mənbə: www.oxu.az