Bakıda qəza: xəsarət alan var - FOTO

Bakıda qəza: xəsarət alan var - FOTO<span class="qirmizi"></span>

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadidəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

"Opel" markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yoldan keçərkən "Chevrolet" markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. "Opel"də olan bir nəfər xəsarət alıb.

Milli.Az

Mənbə: news.milli.az