Sevgilisinin şantaj etdiyi 63 yaşlı qadın polisə müraciət etdi

Sevgilisinin şantaj etdiyi 63 yaşlı qadın polisə müraciət etdi<span class="qirmizi"></span>

İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyeva bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Mənbə: news.milli.az