Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib<span class="qirmizi"></span>

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, 2015-ci il təvəllüdlü Fərhadzadə İbrahim Azər oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Mənbə: news.milli.az