Azərbaycanda qadın beş yaşlı qızdan görün nə oğurladı

Sumqayıtda qadın 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə ələ keçirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ 31 Çin şirkətinə məhdudiyyət qoydu

SONRAKI XƏBƏR

Putin ad günündə ən çox kimlərdən zəng gözləyir?