Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib

Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib<span class="qirmizi"></span>

Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilmişdir. Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılmışdır. 05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilmişdir.

Mənbə: report.az