Gəncədə şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib. 

Məktəbdən “Report”a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb. 

"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər. 

***

Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

Bu barədə  TƏBİB-dən məlumat verib.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb

SONRAKI XƏBƏR

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO