Türkiyədə məktəblilər arıların hücumuna məruz qaldılar: Tədris dayandırıldı - FOTO

Türkiyədə məktəblilər arıların hücumuna məruz qaldılar: Tədris dayandırıldı - <span class="qirmizi">FOTO</span>

Türkiyənin Bursa şəhərində məktəblilər kütləvi formada arı sancmasına məruz qalıblar.

Hadisə İnegöl rayonundakı orta məktəblərdən birində baş verib.

Belə ki, tənəffüsə çıxan şagirdlərin bəziləri ağacda yerləşən arı pətəyinə çubuqla vurublar. Bu zaman pətəkdən çıxan arılar uşaqlara hücum ediblər. 15 şagirdi arı sancıb.

Məktəbə cəlb edilən səhiyyə qruplarının müdaxiləsi ilə onlar xəstəxanaya yerləşdiriliblər. Məktəbdəki digər şagirdlər isə evlərinə göndəriliblər.

Təhsil müəssisəsində dərslərə bir günlük fasilə verilib.

Mənbə: www.oxu.az