Rusiyada PUA aviabazaya düşərək partlayıb

 

Rusiyanın Kaluqa vilayətində, Şaykovka aerodromunda partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında xəbər verib.

“Bu gün Kaluqa vilayətində Şaykovka hərbi aerodromunda partlayış baş verib. Pilotsuz təyyarə düşüb, ehtimal ki, sərhəd tərəfdən gəlib”, - deyə vilayət rəhbəri bildirib.

Onun məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Aerodromun özünün infrastrukturuna və avadanlıqlarına ziyan dəyməyib. Aerodromun fəaliyyətinə heç bir təhlükə yoxdur.

“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hadisənin bütün səbəbləri və şəraiti müəyyən edilir”, - deyə Şapşa əlavə edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğanla Putin görüşə bilər

SONRAKI XƏBƏR

Bölgədə uzunmüddətli sülh əldə olunacaq - Sahil Kərimli