Film kimi hadisə - İki bacı eyni oğlana aşiq olduqda…

Film kimi hadisə - İki bacı eyni oğlana aşiq olduqda…<span class="qirmizi"></span>

21 yaşlı qız sevgilisi ilə görüşdüyünü bilən bacısını bıçaqlayaraq öldürüb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Belə ki, sentyabrın 26-da səhər saatlarında 21 yaşlı Fatihə Mərzan Orlandoda ailənin evində qaldıqları yataq otağında 20 yaşlı bacısı Sayma Mərzanı qətlə yetirib.

Qeyd edilir ki, Fatihə 5 ildir birlikdə olduğu sevgilisi və bacısının birlikdə video oyunu oynadıqlarını və bu oyun vasitəsilə tanış olduqlarını öyrənib.

İddiaya görə, Fatihə sevgilisinin Saymanı sevdiyini dediyini öyrəndikdən sonra bacısını öldürmək qərarına gəlib. Müstəntiqlər bildiriblər ki, qadın bıçaqlanmadan iki həftə əvvəl Amazondan "xəncər tipli bıçaq dəsti" alıb.

Polis Fatihənin bıçaqları şkafda gizlətdiyini və ailə üzvlərinin yatmasını gözlədikdən sonra dəstdən bıçağı çıxararaq bacısının ürəyinə 3-4 bıçaq zərbəsi vurduğunu bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: news.milli.az