Anası danladı deyə onu öldürdü

Anası danladı deyə onu öldürdü<span class="qirmizi"></span>

Rusiyada, Saratov vilayətində məhkəmə 62 yaşlı ananın qətlində təqsirli bilinən 38 yaşlı yerli sakini 11 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Məlumata görə, iyulun 10-na keçən gecə Zvonarevka kəndində müttəhim evə sərxoş halda qayıdıb. Ana oğlunu danlamağa başlayıb və onlar mübahisə ediblər. Daha sonra kişi bıçağı götürərək onu bıçaqlayıb. O, təqaüdçünün döş qəfəsindən və mədəsindən azı 7 bıçaq zərbəsi vurub.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az