FİLM KİMİ OLAY- Ölən şəxs morqda dirildi

FİLM KİMİ OLAY- Ölən şəxs morqda dirildi<span class="qirmizi"></span>

İngiltərədə qəza nəticəsində öldüyü təsdiqlənən 55 yaşlı şəxs morqda dirilib.

ONN media xəbər verir ki, Kevin Rid adlı şəxs əvvəlcə meyit torbasında xəstəxana morquna yerləşdirilib.

Daha sonra ölümü təsdiqləmək üçün həkim ölüm faktını təsdiqləmək üçün morqun kabinəsinə yaxınlaşıb.

Həkim burada gördüyü mənzərədən dəhşətə gəlib. Tibb işçisi görüb ki, meyit kabinəsinə yerləşdirilmiş cəsət hərəkət edir və torbadan çıxmağa çalışır.

Adı açıqlanmayan həkim cəsəd torbasını açanda “meyit”lə göz-gözə gəldiyini bildirib.

Ona ölüm diaqnozunu təcili yardım həkimlərinin qoyduğu vurğulanıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb

 

Mənbə: onn.az