Almaniyada güneyli soydaşımıza hücum edildi

Almaniyada güneyli soydaşımıza hücum edildi<span class="qirmizi"></span>

Almaniyanın Bonn şəhərində yaşayan Güney Azərbaycan milli fəalı Nurəddin Qərəvinin evinə basqın edilib.

Axar.az xəbər verir ki, bu haqda jurnalist Aygün Muradxanlı özünün rəsmi Feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, basqın edənlər Qərəviyə ağır xəsarətlər yetiriblər. Qərəvi evinə basqın edənləri tanımayıb.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Qeyd edək ki, Nurəddin Qərəvi 25 ildir dərc edilən “Ana dili” qəzetinin təsisçisidir.

Mənbə: axar.az