Sumqayıtda yol qəzası olub, ölən var

Sumqayıtda yol qəzası olub, ölən var.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Cümhuriyyət sizdən "azad fikirli, azad vicdanlı, azad bilikli" nəsillər tələb edir"

SONRAKI XƏBƏR

Əmək Məcəlləsində dəyişiklik EDİLDİ