Rus dilində danışdılar - Döyüldülər

Rus dilində danışdılar - Döyüldülər<span class="qirmizi"></span>

Berlində beş ukraynalı rusdilli cütlüyü döyüb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Junge Welt" qəzeti məlumat yayıb.

Hadisə noyabrın 20-nə keçən gecə Fridrixşayn ərazisində baş verib. Restoranın çıxışında taksi gözləyən cütlük rus dilində danışıb. Onlara beş ukraynalı yaxınlaşıb. Rus dlində danışdıqları üçün onları Rusiyaya dəstək verməkdə ittiham edib və döyməyə başlayıblar.

Cütlük hücum edənlərlə müzakirəyə girmədiklərini və siyasətdən danışmadıqlarını iddia edir. Hücum nəticəsində kişinin başına sınmış pivə şüşəsi ilə bir neçə zərbə endirilib, qadını isə yerə yıxaraq üzünə qaz balonu püskürdüblər.

Zərərçəkənin sözlərinə görə, hadisə yerinə gələn polis əməkdaşları bildiriblər ki, Berlində rusdilli insanlara qarşı son həftələrdə analoji hücumlar çoxalıb.

 

Aprelin 26-da bir qrup ukraynalı Afinada Pasxa bayramını qeyd edərkən Rusiya vətəndaşı, tarixçi və arxeoloq Oksana Maryaxinanı döyüb.

Ayşən Rəhim

Mənbə: publika.az