Həmkəndlisini yolun kənarında öldürdü - Xaçmazdakı qətlin təfərrüatı

Həmkəndlisini yolun kənarında öldürdü - Xaçmazdakı qətlin təfərrüatı <span class="qirmizi"></span>

Xaçmazda həmkəndlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Gündüz Məhərrəmovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi Gündüz Məhərrəmov tərəfindən bıçaqla qətlə yetirilib.

Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Gündüz Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə dindirilimiş Gündüz Məhərrəmov ifadəsində bildirib ki, İlqar Novruzovu qəsdən öldürmək fikri olmayıb. 2015-ci ildən etibarən o, hər dəfə sərxoş halda qarşısına çıxanda onu təhqir edib. İlqarın ifadələrini içkili olduğuna görə bağışlayıb. Uzun müddət təhqirlərə məhəl qoymamağa çalışsa da Novruzov sanki onu qəsdən sövq edib ki, onunla dalaşsın. İlqar bu hərəkətləri ilə kifayətlənməyib hətta onun mobil nömrəsini hardansa taparaq gecə saatlarında zəng edib onu öldürməklə hədələyib. Novruzovun bu hərəkətlərinə dözə bilməyib və günlərin bir günü onu yumruqla vurub.

Son bir ayda İlqarın hərəkətləri onu dözülməz vəziyyətə gətirib. Həm özünün həmdə ailəsinin təhlükəsizliyi üçün görüşüb onun hərəkətlərinə bir dəfəlik son qoymaq qərarına gəlib.

Bu məqsədlə saat 20:00 radələrində Novruzovun yaşadığı daxmaya gedib. Görüb ki, o meyvə bağlarının arası ilə evinə tərəf gəlir. Salamlaşıb bağın gözətçisinin yaşadığı tikiliyə gediblər. Süfrə arxasında Novruzov spirtli içki qəbul edib. Söhbət zaman sonuncu onun ünvanına yenədə söyüş söyüb. Oturluqları yerdən azacıq bağa tərəf aralaşan kimi Gündüz İlqardan üzr istəməsini tələb etdikdə o dahada azğınlaşıb. Əsəblərini cilovlaya bilməyən Gündüz cibindən çıxardığı bıçaqla onun başından bir neçə zərbə vurub. Novruzov heç bir təsiri olmadığı kimi onun üstünə cumub. Onları ayırmağa çalışsalarda dalaşa-dalaşa maşın yolunun kənarına gəliblər.

Gündüz Məhərrəmov ifadəsinin davamında bildirib ki, həmin yerdə İlqara daha bir neçə bıçaq xəsarəti yetirib. Axırıncı zərbədən sonra Novruzov yerə yıxılıb. Gündüz qana bulaşmış bıçağı cibinə qoyaraq yaxınlıqda yerləşən çayxanaya gəlib. Orada əmisi oğlunu görüb hadisəni ona danışıb. Evə gələrək təzə şalvar və köynək geyinib yenidən küçəyə çıxıb. Anası paltarlarını yuyarkən cinibdən tapdığı bıçağı ayaqyoluna tullayıb. Gecə saatlarında polis əməkdaşları gələrək hadisə ilə bağlı izahat verməsi üçün onu şöbəyə aparıblar. Orada bilib ki, Novruzov xəstəxanada ölüb.

Məhkəmə prosesi zamanı Gündüz Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib.

Sonda məhkəmənin hökmü ilə Gündüz Məhərrəmov CM-nin 120.2.4-cü( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Mənbə: olke.az