Qadın cinayətləri ilə bağlı dəhşətli statistika: saatda 5-i öldürülür

25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür.

Bakupost.az xəbər verir ki, 1999-cu ildə BMT tərəfindən qadına qarşı fiziki zorakılığın qarşısının alınması məqsədilə 25 noyabr Qadına zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edilib. Ancaq 20022-ci ilin sonuna yaxınlaşdığımız bu günlərdə əldə edilən hesabatlara görə, dünyada hər saatda 5 qadın və ya qız uşağı öldürülür, hər üç qadından biri zorakılığa məruz qalır.

Birləşmiş Millətlər Təşkilatının Qadın Bölməsi (BMT Qadınlar) və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) hər saatda dərc etdiyi yeni hesabata görə, qadınlara və ya qızlara qarşı zorakılıq dünyanın hər yerində hər gün dəfələrlə baş verir. Yaşı 15 yaşdan yuxarı olan 640 milyondan çox qadın əri və sevgilisi tərəfindən zorakılığa məruz qalır, dünyada hər üç qadından biri fiziki və cinsi zorakılığa məruz qalır.

Lakin qadınlara qarşı zorakılıq bunlarla məhdudlaşmır. BMT-nin qadın hesabatlarına görə, qadınlar müxtəlif istiqamətlərdə zorakılığa məruz qalırlar; məişət zorakılığı, qadın qətli, cinsi zorakılıq, insan alveri, onlayn və ya rəqəmsal zorakılıq.

Azərbaycanda son illərdə qadın qətilləri və qadına qarşı cinsi fiziki zorakılıq hallarının artdığı müşahidə olunur. Ötən il ölkəmizdə 70 qadın öldürülüb, 24 qadın xəsarət alıb, 4 mindən çox qadınla bağlı isə döyülmə faktı qeydə alınıb.

Günel

BakuPost

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Maliyyə Naziriyindən proqram təminatı ilə bağlı 2 milyonluq xərc

SONRAKI XƏBƏR

Kiyevdə azyaşlının əməliyyatında elektrik kəsildi